Səhiyyə nazirinin müavinləri bu xəstəxanalarda olacaq
Bizi izləyin

Səhiyyə

Səhiyyə nazirinin müavinləri bu xəstəxanalarda olacaq

Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələri tibb müəssisələrində vətəndaşların qəbulunu davam etdirir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumatda bildirilir ki, yerlərdə vətəndaşların şikayət, təklif və problemlərinin öyrənilməsi məqsədi ilə mayın 17-də səhiyyə nazirinin müavini Elsevər Ağayev Şamaxı Mərkəzi Rayon Xəstəxanasında Şamaxı və Qobustan sakinlərini, səhiyyə nazirinin müavini Rahim Əliyev həmin gün Göyçay Mərkəzi Rayon xəstəxanasında sakinləri qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşlardan Şamaxı və Göyçay MRX-da qeydiyyatdan keçmələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm