Təcili yardıma 18 müraciət oldu
Bizi izləyin

Səhiyyə

Təcili yardıma 18 müraciət oldu

Ayın 19-dan 22-ə qədər "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına ümumilikdə 18 müraciət olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, çağırışlardan 4-ü Atletlər kəndinə, 4-ü qonaqların qaldığı hotellərə, 3-ü yarışlar keçirilən idman arenalarına, 2-si Bayraq Meydanına, 3-ü Kristal Holl, 1-i İdman Akademiyasına, 1-i Hövsan Fövqəladə Hallar Nazirliyinə olub. Müraciət edənlərdən 3-ü Kliniki Tibbi Mərkəzə, 1 nəfər 3 saylı şəhər klinik xəstəxanasınə çatdırılıb. Qalanlarına yerində yardım göstərilib. Müraciət edənlərin 4-ü xarici ölkə, digərləri isə Azərbaycan vətəndaşlarıdır.

Nazirlikdən bildirilib ki, "Jara" festivalının keçirildiyi ərazidə növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına 7 müraciət olub. Müraciət edənlərə yerində yardım edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm