Azərbaycanda 5 yaşlı uşağın bədəni hər kəsi DƏHŞƏTƏ GƏTİRDİ - İNANILMAZ OLAY (FOTO)
Bizi izləyin

Səhiyyə

Azərbaycanda 5 yaşlı uşağın bədəni hər kəsi DƏHŞƏTƏ GƏTİRDİ - İNANILMAZ OLAY (FOTO)

Azərbaycanda azyaşlı uşaqda çox nadir rast gəlinən atavizm (əcdada qayıdış) və JRA aşkar olunub.

Publika.az xəbər verir ki, bu barədə revmatoloq Nərgiz Hüseynova məlumat verib.

O, bildirib ki, xəstənin 5 yaşı var və genetik olan xəstəliyin müalicəsi yoxdur.

Qeyd edək ki, Atavizm müəyyən növə məxsus bəzi orqanizmlərdə keçmişdə onların uzaq əcdadında olmuş, lakin təkamül prosesində itmiş əlamətlərin meydana çıxmasıdır. Atavizmin əmələ gəlməsi bu əlamət üçün cavabdeh olan genlərin növün genomunda qalması sayəsində baş verir, lakin orqanizmin normal inkişafında onların fəaliyyəti təcrid olunur.

Ayrı-ayrı fərdlərdə genetik dəyişikliklər səbəbindən və ya embrional inkişaf proseslərinə xarici təsir nəticəsində təcridedilmə aradan qalxa bilər və bu zaman qədim əlamət yenidən atavizm kimi meydana çıxar. Müasir atlarda üçbarmaqlılıq, insanda quyruğun, bədənin hər yerində sıx tük örtüyünün (hipertrixoz) və əlavə bir cüt süd vəzisinin inkişaf etməsi atavizmə misaldır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm