Ölüm riskiniz nə qədərdir? - ALİMLƏR AÇIQLADI
Bizi izləyin

Səhiyyə

Ölüm riskiniz nə qədərdir? - ALİMLƏR AÇIQLADI

Ürək döyüntüləri ilə ölüm riskini təxmin etmək üçün sinir şəbəkəsi hazırlanıb.

Publika.az xəbər verir ki, 1 il ərzində ölüm riskini təxmin edən süni zəka ərsəyə gətirilib.

Pensilvaniyada yerləşən "Geisinger" Səhiyyə Sistemində Brendon Fornvoltun rəhbərlik etdiyi tədqiqatçılar, 1.8 milyon elektrokardioqramın (EKQ) ürək müayinəsinin nəticələrini öyrənmək üçün maşın təlim modellərindən istifadə edib.

Süni sinir şəbəkəsi, həkimlərin heç bir problem tapmadığı təqdirdə, ürək döyüntülərini analiz edərək bir il içində ölmə ehtimalını proqnozlaşdırmağa imkan verib.

Süni zəka, elektrokardioqram məlumatları əsasında hazırlanıb. Yəni, tədqiqatçılar hər bir pasientdən əldə ediləcək nəticəni əvvəlcədən bilirdilər.

Tədqiqat qrupu araşdırma nəticələrini bu ayın sonunda Amerika Ürək Dərnəyinin Filadelfiyada keçiriləcək sessiyasında təqdim edəcək.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm