Ötən gecə baş vermiş yanğında zəhərlənənlərlə bağlı AÇIQLAMA
Bizi izləyin

Səhiyyə

Ötən gecə baş vermiş yanğında zəhərlənənlərlə bağlı AÇIQLAMA

Səhiyyə Nazirliyi Bakıda çoxmərtəbəli binada baş verən yanğın zamanı tüstüdən boğulan şəxslərin durumu ilə bağlı məlumat yayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, Xətai rayonu, Neapol küçəsi 2942, mənzil 79-da mansardın yanması barədə məlumat təcili yardıma saat 01:48-də daxil olub.

Hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib: "5-i uşaq olmaqla 11 nəfər tüstüdən boğulma ehtimalı ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb. Xəstələrə lazımi tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm