Sumqayıtda kütləvi zəhərlənmə: xəsarət alanların vəziyyəti ağırdır - RƏSMİ AÇIQLAMA - (YENİLƏNDİ)
Bizi izləyin

Səhiyyə

Sumqayıtda kütləvi zəhərlənmə: xəsarət alanların vəziyyəti ağırdır - RƏSMİ AÇIQLAMA - (YENİLƏNDİ)

Sumqayıtda Azər Kimya İstehsalat Birliyinin Etilen-Polietilen zavodu ətrafında havada qeydə alınan kəskin iy-qoxu ilə bağlı daxil olan məlumat əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hadisə yerindədir. Hazırda kəskin iy-qoxunun yayıldığı ərazidə və ətrafda monitorinq və araşdırmalar aparılır, atmosfer havasından nümunələr götürülür.

Publika.az xəbər verir ki,bu barədə jurnalistlərə nazirliyin Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov məlumat verib.

Onun sözlərinə görə,aparılan araşdırmalar və götürülən nümunələr əsasında ətrafa yayılan iy-qoxunun mənşəyi, ətraf mühitə təsirləri barədə rəy veriləcək.

Hazırda araşdırmalar davam etdirilir.

***

14:10

Zəhərlənmə hadisəsinin Sumqayıt şəhərində yerləşən “Ustay” şirkətində baş verdiyi bildirilir.

Publika.az xəbər verir ki, hadisənin səbəbi bəlli deyil.

Məlumata görə, həmin ərazidə olan zavodlarda qaz sızması aşkarlanmayıb.

Qeyd edək ki, zəhərlənən şəxslərin SOCAR işçiləri olduğu iddia edilirdi.

***

13:43

Sumqayıt şəhərində qazdan zəhərlənmə olub.

Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin sənaye zonasında yerləşən “SOCAR Polimer” zavodunda qeydə alınıb.

Belə ki, orada çalışan işçilərdən 12 nəfər istehsalat prosesində hidrogen tərkibli qazdan zəhərlənib.

Zəhərlənənlər təcili tibbi yardım briqadasının köməkliyi ilə Sumqayıtda yerləşən özəl klinikalardan birinə yerləşdiriliblər. Onlardan 4 nəfərinin vəziyyəti ağır olduğundan Bakıya göndərilib. Faktla bağlı araşdırma aparılır.

Səhiyyə Nazirliyindən saytımıza verilən məlumata görə, Sumqayıt şəhərində yerləşən zavodda baş verən zəhərlənmə hadisəsi ilə əlaqədar 13 nəfər özəl tibb müəssisələrindən birinə müraciət edib. Onlardan 10-u ambulator müalicəyə buraxılıb. 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Günün sonlarına doğru evə buraxılacaqları ehtimal edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm