"Koksaki" virusu Azərbaycanda - Nazirliyin iki açıqlamasından hansına inanaq?
Bizi izləyin

Səhiyyə

"Koksaki" virusu Azərbaycanda - Nazirliyin iki açıqlamasından hansına inanaq?

Dünən mətbuatda yayılan xəbərlərə görə, son vaxtlar Azərbaycanda əhali, xüsusilə uşaqlar arasında yeni xəstəlik yayılıb. Bədəndə səpki, ishal, qusma simptomları ilə müşayiət olunan bu xəstəliyin "koksaki" virusu olduğu bildirilib.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Qurum rəsmisi yayılan məlumatı təkzib etdi: "Azərbaycanda "koksaki" virusu yoxdur".

Halbuki, bu virusun ölkədə olduğunu da elə nazirliyin rəsmisi açıqlamışdı. Biz nazirliyin iki açıqlamasından hansına inancağımızı bilmirik. Əziz oxucular, sizə gəldikdə isə, buna özünüz qərar verin.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bəs bu virusun əlamətləri hansılardır və əsasən hansı ölkələrə xasdır?

Professor Adil Qeybulla Publika.az-a açıqlamasında bildirdi ki, "koksaki" virusuna bir zamanlar Ukraynada rast gəlinib:

"Azərbaycanda isə məlumat rəsmi şəkildə təsdiqlənmədiyi üçün nəsə demək çətindir. Ancaq Ukrayna ilə Azərbaycan arasında gediş-gəlişin olduğunu nəzərə alsaq, virusun ölkədə yayılma təhlükəsini real hesab edirəm".

Professor bəzən real statistikanın gizlədildiyini qeyd etdi: "Müxtəlif xəstəliklərin vaxtında qarşısının alınması baxımından dəqiq statistika çox vacibdir. Xəstəlik hər yerdə yayıla bilər. ABŞ kimi inkişaf etmiş səhiyyəsi olan ölkə də bura daxildir. Əsas məsələ odur ki, virus yayılan zaman lazımi tədbirlər görülsün. Bura Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən konturları cızılmış tədbirlər daxildir. İnfeksiyalar sərhəd tanımır. Bir tərəfdən deyilirsə ki, Azərbaycanda belə bir virus yayılıb, digər tərəfdən inkar olunursa, bütün bunlar şübhə yaradır. İnformasiya heç nədən yayılmır. Nəsə olub ki, yayılıb".

Adil Qeybullanın sözlərinə görə, "koksaki" virusu orqanizmdə çox ciddi problem yarada bilər: "Burun axması, qızdırma, başağrısı, halsızlıq, ümumi zəiflik, bədəndə səpkilərin olması virusun əsas əlamətləridir. Bu əlamətlər adətən bir həftəyə, on günə keçib gedir. Lakin immun sistemi aşağı olanlarda ağırlaşma baş verə bilər. Bu da ölümlə nəticələnə bilər".

Tibbi ekspertin fikrincə, virus Azərbaycanda yayılsa, bu barədə müvafiq qurumlar xəbərdarlıq etməlidir, gizlədilməməlidir: "Ola bilər ki, epidemik olaraq haradasa bu xəstəliyin diaqnozu qoyulub, rəsmi statistika isə qeydiyyata almayıb. Viruslar həyatın qeyri-hüceyrəvi formasıdır. Onlar adətən nukleotid zənciridir. Canlı orqanizmdə artıb, çoxalırlar. "Koksaki" virusu keçicidir. Suçiçəyinə bənzəyir. Əlamətləri də demək olar ki, onda olduğu kimidir. Bu virus hava-damcı yolu ilə yoluxur".

"Koksaki"nin müalicəsinə gəldikdə, həkim bildirib ki, infeksiyanın lokallaşdırılması üçün tədbirlər görülməlidir: "Xəstəliyin əlamətləri müşahidə edilən uşaqlar yataq şəraitinə keçirilməli və çox maye qəbul etməlidirlər".

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm