Hərarətimiz niyə sürətlə azalır? - Alimlərdən XƏBƏRDARLIQ
Bizi izləyin

Səhiyyə

Hərarətimiz niyə sürətlə azalır? - Alimlərdən XƏBƏRDARLIQ

ABŞ-da aparılan tədqiqat nəticəsində 67 milyon 74 min 23 nəfərin bədən temperaturu hesablanıb. Əldə olunan nəticəyə görə, son iki əsrdə insanların hərarəti aşağı düşüb.

Publika.az-ın məlumatına görə, Stenford Universitetinin tədqiqatçılarının apardığı araşdırmaya əsasən məlum olub ki, 21-ci əsrdə doğulan insanların bədən temperaturu 19-cu əsrdə anadan olanlara nisbətən daha aşağıdır.

Mütəxəssislər ilk olaraq 1862-1930-cu illərdəki Amerika müharibəsi qazilərinin, daha sonra 1971-1975-ci illərdə ABŞ Beynəlxalq Sağlamlıq və Qidalanma anketinə qatılanların, son olaraq 2007-2017-ci illərdə Stenford Sağlamlıq Mərkəzinə gələn xəstələrin bədən temperaturu qeydlərini araşdırıb.

Sözügedən qeydləri yoxladıqdan sonra əldə olunan məlumata görə, 21-ci əsrdə dünyaya gələn kişilərin bədən temperaturu 19-cu əsrdə anadan olanlara nisbətdə 0.6, qadınların bədən hərarəti isə 1890-cı illərdə doğulan həmcinsləri ilə müqayisədə 0.03 dərəcə aşağıdır.

Temperaturun aşağı düşmə səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, bədənin ortalama temperaturu 37 dərəcə qəbul edilib.

Tağı Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm