Çindən Bakıya gələnlər xüsusi yerdə saxlanılır - RƏSMİ
Bizi izləyin

Səhiyyə

Çindən Bakıya gələnlər xüsusi yerdə saxlanılır - RƏSMİ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri koronavirusla bağlı birgə məlumat yayıb.

Publika.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, fevral ayının 6-sı üçün yoluxucu xəstəliklər şöbəsində 6 nəfər qalıb. Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir: "Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə kontaktı olmayıb. Azərbaycana tranzit aviareyslərlə İstanbul, Dubay və Moskva şəhərlərindən gəliblər.

Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm