Çindən Bakıya qayıdan şəxslərlə bağlı RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Səhiyyə

Çindən Bakıya qayıdan şəxslərlə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən şəxslərlə bağlı birgə məlumat yayıb.

Publika.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, fevral ayının 7-si üçün yoluxucu xəstəliklər şöbəsində 3 nəfər var. Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir: "Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə kontaktı olmayıb.

Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar".

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm