Təcili yardım gücləndirilmiş iş rejiminə keçir
Bizi izləyin

Səhiyyə

Təcili yardım gücləndirilmiş iş rejiminə keçir

Azərbaycanda fevralın 9-da keçirilməsi nəzərdə tutulan parlament seçkilərində təcili yardım gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) Publika.az-a verilən məlumata görə, böyük seçki məntəqələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadaları işləyəcək.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bütün işçiləri iş başında olacaq. Cədvəllər tərtib olunub, dairə və məntəqə seçki komissiyalarında çalışanların, eləcə də vətəndaşların sağlamlığının qorunması, çağırışların dərhal icra olunması üçün operativ həkim briqadaları yaradılıb. Hər bir çağırışa çevik cavab veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm