Dünya əhalisinin 30 faizi bu virusa yoluxa bilər - Ekspert ŞOK DETALLARI açdı
Bizi izləyin

Səhiyyə

Dünya əhalisinin 30 faizi bu virusa yoluxa bilər - Ekspert ŞOK DETALLARI açdı

Yer kürəsi əhalisinin üçdə bir hissəsi yeni növ koronavirusa yoluxa bilər.

Publika.az xəbər verir ki, bunu BMT-nin nəzdindəki Ümumdünya Səhiyyə Təşkilatının eksperti Ayra Loncini deyib. Ekspert bildirib ki, koronavirusun planet miqyasında yayılması ehtimalı mövcuddur. Çünki virusun ortaya çıxdığı yerdə karantinlər gec tətbiq olunub və beləliklə, dünya ölkələrinə yayılıb. Onun sözlərinə görə, koronavirus yoluxduğu insandan orta hesabla 2-3 nəfərə keçir. Buna görə də Yer kürəsinin 30%-ə qədərinin epidemiyaya yoluxma ehtimalı mövcuddur.

Qeyd edək ki, Çində yeni növ “Covid-19” koronavirusundan ölənlərin sayı 1380 nəfərə çatıb. Ümumilikdə, yeni növ virusa 63 min 851 nəfər yoluxub. Xəstəlikdən sağalanların sayı isə 6723 nəfərdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm