İcbari tibbi sığortadan 23 rayon yararlanıb - Zaur Əliyev
Bizi izləyin

Səhiyyə

İcbari tibbi sığortadan 23 rayon yararlanıb - Zaur Əliyev

Fevralın 15-dək icbari tibbi sığortadan istifadə etmək üçün tibb müəssisələrinə 23 rayon üzrə 381 482 nəfər müraciət edib.

Publika.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ən çox tibbi xidmət göstərən tibb müəssisələri Mingəçevir, Yevlax, Ağdaş, Xaçmaz, Şəki şəhər və rayon xəstəxanalarıdır: "Ən çox yuxarı tənəffüs yollarının dəqiqləşdirilmiş kəskin infeksiyası xəstəlikləri üzrə müraciət qeydə alınıb. Digər müraciətlər yüksək qan təzyiqi, digər ümumi baxışlar, insulindən asılı olmayan şəkərli diabet üzrə olub".

Z.Əliyev qeyd edib ki, yanvar ayı ərzində ümumilikdə 242 nəfər həyati vacib-dəyəri yüksək olan əməliyyatlardan yararlanıb. O bildirib ki, bahalı əməliyyatlar arasında, koronar damarlara stendlərin tətbiqi (76 əməliyyat), kardiologiya/ürək-damar cərrahiyyəsi (60 əməliyyat), oftalmologiya (42 əməliyyat), urologiya (24 əməliyyat), nevrologiya/neyrocərrahiyyə (23 əməliyyat) üzrə əməliyyatlar çoxluq təşkil edir: "Görülən tədbirlərdən biri də səhiyyə işçilərinin əməkhaqlarına tətbiq edilən əlavələrlə bağlıdır. Yeni Qaydaya əsasən tibb işçisinin əməkhaqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir".

Aysel

Oxumağa davam et
Reklam
Reklam

Gündəm