Türkiyədə oxuyan tələbələr regionlarda işləyəcək - Zaur Əliyev
Bizi izləyin

Səhiyyə

Türkiyədə oxuyan tələbələr regionlarda işləyəcək - Zaur Əliyev

"Türkiyədə oxuyan tələbələrlə əlaqə saxlamışıq. Onların regionlarda fəaliyyət göstərməsi istiqamətində danışıqlar aparılıb".

Publika.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

Onun sözlərinə görə, bu gün xarici ölkələrdə təhsil alan yüzlərlə tələbə var ki, onların təcrübəsindən yararlanmaq olar: "Hər il Türkiyədə tibb sahəsi üzrə təhsil alan bir çox tələbə məzun olur. Onlar məzun olduqdan sonra öz karyeralarını qurmağa can atır".

Agentlik rəsmisi bildirib ki, bu gün regionlarda həkim kadr ehtiyatı ilə bağlı müəyyən çətinliklər var: "Yaxın gələcəkdə agentlik adından regionlar üzrə mərkəzi xəstəxanalarda çalışmaları üçün onlara həvəsləndirici, motivasiyaedici təkliflər irəli sürüləcək. Bir qrup tələbə ilə danışıqlar artıq aparılıb".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm