Səhiyyə
Alimlərdən koronavirusla bağlı ŞOK AÇIQLAMA: Bəzi insanlarda heç bir simptom HİSS OLUNMUR
Bütün dünyada can almağa davam edən yeni “Covid-19” qurbanlarının sayı artır.
Publika.az xəbər verir ki, çinli alimlər tərəfindən aparılan yeni bir araşdırmaya görə, fiziki simptomları olmayan bir insan virusu başqalarına yoluxdura bilər.
Belə ki, “Covid-19”-un yayılma nöqtəsi kimi bilinən Çinin Uhan şəhərində yaşayan 20 yaşlı bir qadın ölümcül virusu ailənin digər 5 üzvünə keçirib. Ancaq maraqlısı burasındadır ki, həmin qadında fiziki olaraq xəstəlik əlamətləri görünməyib. Tədqiqatçılar virus daşıyan qadının inkubasiya dövrünün 19 gün olduğu qənaətinə gəlib. Çinin səhiyyə rəsmiləri virusun inkubasiya müddətinin 1 və 14 gün arasında olacağını proqnozlaşdırmışdılar. Lakin son araşdırmalar bu müddətin 24 günə qədər uzana biləcəyini göstərir.
Çinin Xəstəliklərlə Mübarizə Mərkəzi 8 dekabr - 11 fevral tarixləri arasında ölkədə koronovirus epidemiyasına yoluxan şəxslərin bütün qeydlərini təhlil edib. Xəstələrin 1,2 faizində heç bir simptom görünməyib. Bunun virusa nəzarət edilməsinə çətinlik törətdiyini qeyd edən tədqiqatçılar əslində, “Covid-19” yoluxanların daha çox olduğunu bildirib.
Qeyd edək ki, “Kovid-19” epidemiyası Çinin materik hissəsində 2 min 592 nəfərin ölümünə səbəb olub. İranda 12, Yaponiyada 4, cənubi Koreyada 7, İtaliyada 3, Tayvan, Filippin və Fransada 1 nəfər epidemiyadan dünyasını dəyişib.
Məhərrəm Əliyev
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK