Cəlal İsayev koronavirusa görə valideynlərə MÜRACİƏT ETDİ: Xahiş edirəm ki...
Bizi izləyin

Səhiyyə

Cəlal İsayev koronavirusa görə valideynlərə MÜRACİƏT ETDİ: Xahiş edirəm ki...

"Valideynlərdən xahiş edirik ki, xəstə uşaqları dərsə göndərməsinlər. Söhbət təkcə koronavirusdan getmir".

Publika.az-ın məlumatına görə, bunu ölkənin baş infeksionisti Cəlal İsayev Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı mətbuat konfransında deyib.

O söyləyib ki, bu təkcə övladları üçün deyil, digərləri üçün də təhlükəlidir: "Bunun bütün respirator viruslara aidiyyəti var.

Əgər xəstəlik yayılarsa, məktəblərin bağlanması gözləniləndir".

Cəlal İsayev bildirib ki, maska məsələsinin gündəmə gəlməsində medianın rolu böyükdür: "Maskanı xəstə insan taxmalıdır. Sağlam kəslərin maskadan istifadəsi əhəmiyyət daşımır. Hər maskanın istifadə müddəti üç saatdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm