Azərbaycanda daha iki nəfərdə koronavirus aşkarlandı - (YENİLƏNDİ)
Bizi izləyin

Səhiyyə

Azərbaycanda daha iki nəfərdə koronavirus aşkarlandı - (YENİLƏNDİ)

Nazirlər Kabineti yanında operativ qərargah koronavirus şübhəsi ilə karantində olan şəxslər barədə növbəti dəfə məlumat yayıb.

Operativ qərargahdan Publika.az-a bildirilib ki, İran İslam Respublikasından qayıdan iki Azərbaycan vətəndaşında koronavirus xəstəliyinin əlamətləri müşahidə edilib.

Müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr nəticəsində onlarda koronavirusa yoluxma faktı qeydə alınıb.

Müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr nəticəsində onlarda koronavirusa yoluxma faktı qeydə alınıb.

Hazırda pasiyentlərin müalicəsi aparılır, onların vəziyyəti sabitdir.

Digər yoluxma hallarının aşkarlanması ilə bağlı həmin xəstələrin kontaktlarının müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Qeyd edək ki, virusa yoluxan şəxslərdən biri 17.06.1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşı fevralın 26-da xəstəxanaya daxil olub. Həmin şəxs 1 gün Tehranda, 3 gün isə Təbrizdə səfərdə olub.

Digər 29.04.1998-ci il təvəllüdlü şəxs də fevralın 26-da xəstəxanaya daxil olub və Qum şəhərindən gəlib.

Xatırladaq ki, Azərbaycanda koronavirus aşkarlanan ilk şəxs 1997-ci il təvəllüdlüdür. O, Rusiya vətəndaşıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm