Azərbaycanda koronavirusa görə karantində olanların sayı AÇIQLANDI
Bizi izləyin

Səhiyyə

Azərbaycanda koronavirusa görə karantində olanların sayı AÇIQLANDI

"Hazırda 500 nəfər karantində müşahidə altındadır. Onlardan diaqnostika üçün nümunələr götürülüb".

Publika.az xəbər verir ki, bu fikirləri TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri infeksionist Vasif Əliyev Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı keçirilən brifinqdə deyib. "Heç kimdə xəstəlik aşkar olunmayıb. Lakin 14 gün karantində qalacaqlar. Onların böyük qismi Azərbaycan vətəndaşıdır".

O bildirib ki, karantin şöbəsində vətəndaşlar iki qrupa bölünür: xəstəlikdə şübhəli bilinənlər və xaricdən gəldiyi üçün karantinə alınanlar: "Biz heç kimi xaricdən gətirib karanatinə almırıq. Yalnız xəstəlik əlamətləri olanlar nəzarət altına götürülür. 500-ə qədər karantində olan şəxslər cənub zonasının vətəndaşlarıdır. Paytaxt sakinlərindən heç kim nəzarətə alınmayıb. Hazırda əsas karantin xəstəxanaları Astara, Cəlilabad və Qobustan xəstəxanalarıdır. Digər xəstəxanalar dəstəkverici müəssisələrdir.".

Yeganə Qarayeva bildirib ki, koronavirus ətraf mühitə davamlı virus deyil. Buna görə də əşyalar vasitəsilə yayılmır: "Lakin insanlar şəxsi gigiyena qaydalarına əməl etməlidirlər".

Aysel

Oxumağa davam et
Reklam
Reklam

Gündəm