Azərbaycanda koronavirusa yoluxanların sayı 6-ya çatdı
Bizi izləyin

Səhiyyə

Azərbaycanda koronavirusa yoluxanların sayı 6-ya çatdı

İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn daha üç şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahdan Publika.az-a verilən məlumata görə, həmin şəxslərdən biri 1988-ci il təvəllüdlü Almaniya vətəndaşı, digər iki nəfər isə 1994 və 1999-cu il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşlarıdır.

Həmin şəxslər xüsusi rejimli xəstəxanaya yerləşdiriliblər. Hazırda pasiyentlərin vəziyyəti kafidir, hərarətləri normaldır, şikayətləri yoxdur. Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

İndiyə qədər koronavirusa yoluxmuş bütün şəxslərin səhhəti ciddi nəzarətdə saxlanılır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Qeyd edək ki, Azərbaycanda bundan əvvəl 3 nəfərdə koronavirus aşakarlanmışdı. Bununla da Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 6 fakt müəyyənləşib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm