Azərbaycandan “COVID-19 müraciəti” Fonduna DƏSTƏK
Bizi izləyin

Səhiyyə

Azərbaycandan “COVID-19 müraciəti” Fonduna DƏSTƏK

Azərbaycan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında uzunmüddətli səmərəli əməkdaşlıq münasibətləri mövcuddur.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Publika.az-a bildirilib ki, Azərbaycan Respublikası Hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.

"Azərbaycan Respublikası ÜST-nin qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərini yüksək qiymətləndirir. ÜST-nin COVID-19 virusu ilə bağlı tövsiyələri Azərbaycan tərəfindən nəzərə alınır və tətbiq olunur.

Azərbaycan Respublikasının ÜST ilə səmərəli əməkdaşlığı davam edir və 2020-ci il martın 8-də ÜST ekspertlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək", - məlumatda bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm