Koronavirusda SON DURUM - Yayda da yayılacaq
Bizi izləyin

Səhiyyə

Koronavirusda SON DURUM - Yayda da yayılacaq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla bağlı yeni statistikanı açıqlayıb.

Publika.az xəbər verir ki, virusa yoluxan ölkələrin sayı 97-ə çatıb.

Məlumatda qeyd olunur ki, hazırda bu virusdan 102 min 241 nəfərdir əziyyət çəkir. Sutka ərzində virusa 296 yeni yoluxma hadisəsi baş verib.

Epidemiyadan ölənlərin sayı 3497 nəfərdir. Sutka ərzində virusun təsirindən 31 yeni ölüm hadisəsi baş verib.

Dünya üzrə, ümumilikdə, 57 min 624 nəfər müalicə aldıqdan sonra sağalaraq evə göndərilib. Sutka ərzində daha 1500 nəfərin də sağaldığı da qeyd olunub.

Bu arada, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə səhəsi üzrə fövqəladə vəziyyət proqramının direktoru Maykl Rayan koronavirusun isti havada da yayıla biləcəyini istisna etməyib: "Virusun yayadək yayılmasının dayanması az ehtimal edilir”. Virus yayda da yayılmaq qabiliyyətini itirməyəcək. Mövsümi qrip kimi koronavirusun da yayda yoxa çıxacağı iddiası əsassızdır. Biz ümid edirik ki, bu baş verəcək. Bu bizim üçün gözlənilməz uğur olardı, ancaq heç bir sübut olmadan indidən bununla bağlı fikir yürütmək istəmirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm