ÜST nümayəndəsi Bakıda çağırış etdi - "DƏRHAL REAKSİYA VERİN"
Bizi izləyin

Səhiyyə

ÜST nümayəndəsi Bakıda çağırış etdi - "DƏRHAL REAKSİYA VERİN"

"Tövsiyə edirik ki, xəstəlik hallarına erkən reaksiya verilsin".

Publika.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi, missiyanın rəhbəri Karolin Braun deyib.

Onun sözlərinə görə, Azərbaycanda olduqları bir həftə ərzində dövlət qurumları ilə görüş keçirilib, əsas diqqət yetirməli məsələləri müzakirə edilib: "Dövlət qurumları ilə apardığımız müzakirələrə, elmi araşdırmaların nəticələrinə uyğun olaraq tövsiyələrimizi formalaşdırdıq. Xəstəlik halların sayı çoxaldığından "Covid- 19" pandemiya elan olunub. Bu, bizim strategiyalarımızı dəyişdirməyib. Bəzi ölkələrdə xəstəlik halı qeydə alınmayıb. Profilaktik tədbirlərimizi davam etdiririk. "Covid 19"-un pandemiya elan olunması ilə ölkələrə çağırış edildi, pandemiya ilə mübarizə aparmaq sahəsində cəhdlərini səfərbər etsinlər".

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı koronavirusla bağlı keçirilən mətbuat konfransında ötən həftənin bazar günü Azərbaycan hökumətinin dəvəti ilə gələn 6 nəfərlik ekspert qrupunun bu gün ölkəmizi tərk edəcəyini açıqlayıb. O, daha əvvəl buna oxşar tədbirlərin İtaliyada keçirildiyini söyləyib: "Heyətin geniş hesabatı 1 həftə ərzində Azərbaycan hökumətinə təqdim ediləcək". Hande Harmancının sözlərinə görə, bir çox xəstəxanada həkimlərlə görüş keçirilib: “Onların bu işi əzmlə, vətənpərvərliklə görməsi bizi ruhlandırdı. Ağciyər İnstitutunda qarşılanmağımız, oradakı şərait bizi qürurlandırdı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm