Səhiyyə
Koronavirusla Mübarizəyə Dəstək Fondunun saytı fəaliyyətə başladı

Martın 24-də Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytı (covid19fund.gov.az) fəaliyyətə başlayıb.
Nazirlər Kabinetindən Publika.az-a verilən məlumata görə, saytda Fondun məqsədləri və vəsaitindən istifadə istiqamətləri haqqında məlumat verilir. Sayt vasitəsilə fiziki və hüquqi şəxslər Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ödəmələr həyata keçirə bilər. Buradan Fonda edilmiş ianələr və ianəçilər barədə məlumat almaq da mümkündür.
Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərəcək saytın idarəetməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən həyata keçirilir.
Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Respublikasi Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılıb. Fondun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

-
Region00:34
Ceyhun Bayramov bu gün İrana gedəcək
-
Nida Xəbər 3 İyul 23:40
Mərkəzi Bank və Dünya Bankı arasında əməkdaşlıq müzakirə edildi
-
Region3 İyul 22:19
Qonşuda genişmiqyaslı aksiya başladı
-
Nida Xəbər 3 İyul 22:15
Avstraliyadan Ukraynaya 100 milyonluq yardım gələcək
-
MDB3 İyul 21:48
Kreml: "Kiyevin ikinci şansı olmayacaq"
-
MDB3 İyul 20:28
Özbəkistanda minlərlə yaralı xəstəxanalara yerləşdirildi
-
Nida Xəbər 3 İyul 20:03
Azərbaycanlıların yaşadığı rayonda silahlı insident: yaralı var
-
Avropa3 İyul 18:36
Berlin HƏRƏKƏTƏ KEÇDİ: Ukraynanın təhlükəsizliyi üçün...