Bu şirkət də fonda ianə etdi
Bizi izləyin

Səhiyyə

Bu şirkət də fonda ianə etdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin koronavirus (COVID-19) infeksiyasına Azərbaycanda yoluxma hallarının qarşısını almaq məqsədilə səsləndirdiyi çağırışa "Voqa Mebel” şirkəti də qoşulub.

Publika.az xəbər verir ki, "Voqa Mebel” şirkəti cənab Prezidentin imzaladığı 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmana əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat vəsait köçürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm