Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - SON RƏQƏMLƏR - VİDEO
Bizi izləyin

Səhiyyə

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - SON RƏQƏMLƏR - VİDEO

Video əlavə olunub.

xxx

Azərbaycan Respublikasında 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Publika.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahından verilən məlumata əsasən, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 7 nəfərin vəziyyəti ağır, 12 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 6 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4321 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Video: Sevinc Xanqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm