Səhiyyə
Bu gün karantində 3 mindən çox vətəndaş saxlanılır - TƏBİB
Bu gün Azərbaycanda 2 yaşdan başlamış 89-90 yaşa qədər xəstələrimiz var.
Publika.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, bu gün vəziyyəti həddindən artıq kritik olan 1 xəstə qadın var: “Həmin qadında yanaşı gedən onkoloji xəstəlik var. Onu xüsusi vurğulayım ki, onkoloji, astma və digər yanaşı xəstəlikləri olanlar koronavirus xəstəliyini daha ağır keçirirlər. Ağır vəziyyətdə olan xəstələrimizin əksəriyyəti də belə xəstələrdir”.
R.Bayramlı qeyd edib ki, bu gün Azərbaycanda karantində 3000-dən çox vətəndaş saxlanılır. Ötən həftə karantində saxlanılanların sayı 4000-ə yaxın idi.
TƏBİB sədri əlavə edib ki, karantində saxlanılanların rejimə əməl etməsi vacibdir. Xəstəliyə yoluxanlar arasında karantinə əməl etməyənlər də var.
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin