"Azərbaycana dəstək üçün burada olmaq qürur verir" - Zeytinoğlu
Bizi izləyin

Səhiyyə

"Azərbaycana dəstək üçün burada olmaq qürur verir" - Zeytinoğlu

Qardaş Azərbaycana dəstək üçün burada olmaq bizə qürur verir. Yüksək xidmət göstərmək üçün əlimizdən gələni edəcəyik. Bizi çox gözəl qarşıladılar.

Publika.az xəbər verir ki, bunu REACT-C19 layihəsinin kordinatoru Hamza Zeytinoğlu TƏBİB-in mətbuat konfransında deyib.

O qeyd edib ki, artıq yüksək səviyyədə hazırlıq görülüb:

"Qruplarımızı qırmızı, yaşıl, mavi və ağ bayraq rəngləri ilə adlandırdıq. Sabahdan etibarən layihəyə Bakıdakı 4 xəstəxanada başlayacağıq. Daha sonra rayonlara keçid edəcəyik".

H.Zeytinoğlu bildirib ki, paralel olaraq onlayn sistemdə həkimlərə təlimlər keçiriləcək:

"14 həftə sonra layihəmiz sona çatsa da, həkimlərlə əlaqələrimiz davam edəcək. Layihənin davamlı olması üçün çalışacağıq. Çox həyəcanlıyıq, hamımız gecə-gündüz dayanmadan işləyirik. Azərbaycan bu mübarizəyə şanslı başladı".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm