Bakı Media Mərkəzindən koronavirusla mübarizə aparan həkimlərimizə böyük dəstək - VİDEOÇARX
Bizi izləyin

Səhiyyə

Bakı Media Mərkəzindən koronavirusla mübarizə aparan həkimlərimizə böyük dəstək - VİDEOÇARX

Bakı Media Mərkəzi koronavirusla mübarizə aparan həkimlərimizə dəstək məqsədi ilə yeni videoçarx hazırlayıb.

Publika.az xəbər verir ki, məlumatda dünyanın hazırda bir nömrəli probleminə çevrilən koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə əsas gücün səhiyyə işçilərinin üzərinə düşdüyü qeyd olunub.

Bildirilib ki, onlar pandemiya dövründə həyatlarını riskə ataraq böyük əzmlə virusa yoluxmuş şəxsləri müalicə edirlər. Bu fədakarlar sırasında Azərbaycan həkimləri də var.

Bakı Media Mərkəzinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə birgə hazırladığı yeni videoçarx məhz ağ xalatlı qəhrəmanlara həsr olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm