Səhiyyə Nazirliyi: Azərbaycanda koronavirus xəstələrinin 64 faizi sağalıb
Bizi izləyin

Səhiyyə

Səhiyyə Nazirliyi: Azərbaycanda koronavirus xəstələrinin 64 faizi sağalıb

"Azərbaycanda hələ də epidemioloji gərginlik müşahidə olunur".

Publika.az xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, karantin rejiminin tətbiqi vəziyyəti nəzarət altında saxlamağa imkan verib: "Bu da diaqnostik imkanlar və xəstəliyin vaxtında aşkar edilməsi nəticəsində baş verib".

V.Qasımov qeyd edib ki, testlərin nəticəsi son iki həftə ərzində sağalan şəxslərin sayındakı artımda özünü göstərir: "Bu günə qədər 64% xəstə sağalıb".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm