"Peyvəndin tapılması yaxın gələcəkdə görülmür"
Bizi izləyin

Səhiyyə

"Peyvəndin tapılması yaxın gələcəkdə görülmür"

Karantin rejimi müddətində məhdudiyyətlər sərhədlərimizdə də davam edəcək.

Publika.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib:

"Bu günə qədər 11 min vətəndaş hava yolu ilə ölkəyə daxil olub. "Evə gedirəm" portalı vasitəsilə 250 vətəndaş ölkəyə gətirilə bilər. Onlar ölkəyə gətirildikdən sonra karantin mərkəzlərinə yerləşdirilib, test ediləcəklər.

Xəstəliyin peyvəndinin tapılması yaxın gələcəkdə görülmür. Bu baxımdan mütəmadi təhlillər davam etdiriləcək".

O qeyd edib ki, profilaktik tədbirlərə daim ciddi yanaşmaq lazımdır: "COVID-19 ilə mübarizə tədbirləri hər bir şəxsin həyat tərzi olmalıdır. Virus təhlükəsi aradan qalxmayanadək qoruyucu vasitələrdən istifadə bir sıra ictimai yerlərdə məcburi olacaq. Bu barədə qaydalar yaxın zamanda təqdim olunacaq. Bütün ictimai yerlərdə oturacaqların yerləşdirməsi sosial məsafə qaydalarına uyğun olmalıdır. Karantin qaydaları aradan qalxsa belə, hər kəs gigiyenik qaydalara riayət etməlidir".

R.Bayramlı vurğulayıb ki, bütün bəndlər üzrə veriləcək qərarlar epidemioloji analizlərin nəticələrinə görə dəyişəcək: "Vətəndaşları bir daha həmrəyliyə dəvət edirik. Nə qədər çox qaydalara əməl etsək, arzu etdiyimiz nəticəni əldə edə bilərik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm