Bakının 300-dən artıq küçə və prospekti DEZİNFEKSİYA EDİLDİ
Bizi izləyin

Səhiyyə

Bakının 300-dən artıq küçə və prospekti DEZİNFEKSİYA EDİLDİ

Bu gün səhər saatarından başlayaraq Bakının küçə və prospektlərində, həmçinin kənar qəsəbə və yaşayış massivlərində genişmiqyaslı dezinfeksiya işləri aparılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən Publika.az-a verilən məlumata görə, icra hakimiyyəti strukturlarına aid 37, Daxili İşlər Nazirliyinə (DİN) aid 15 xüsusi texnika, həmçinin təsərrüfat xidmətlərinin 2 000-dən çox işçisi bu tədbirlərə cəlb edilib.

Saat 17.00-a olan məlumata görə, şəhər və qəsəbələr üzrə 300-dən artıq küçə və prospektin dezinfeksiya işləri təmin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm