Azərbaycanda daha 75 nəfərdə koronavirus aşkarlandı
Bizi izləyin

Səhiyyə

Azərbaycanda daha 75 nəfərdə koronavirus aşkarlandı

Azərbaycan Respublikasında 75 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, son sutka ərzində 25 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 2279 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1576 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 675 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 39 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 181.530 test aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm