Azərbaycanda koronavirusdan vəfat edənlərin 43 faizi 60-69 yaşdadır
Bizi izləyin

Səhiyyə

Azərbaycanda koronavirusdan vəfat edənlərin 43 faizi 60-69 yaşdadır

“Koronavirusdan vəfat edənlərin 43 faizi 60-69, 14 faizi 70-79 yaş arasındadır”.

Publika.az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 40-49 arasında bir vətəndaşımız vəfat edib: “Bildiyimiz kimi, həmin vətəndaşımız uzun sürən xəstəlikdən əziyyət çəkirdi”.

R.Bayramlı vətəndaşları məsuliyyətli olmağa dəvət edib.

“Bizim “Evdə qal!” şüarımız qüvvədədir. Hər kəs qapalı məkanlarda maskalardan istifadə etməlidir. Faktlar göstərir ki, vəfat edənlərin çoxu yaşlı nəslin nümayəndələridir. Mən gənclərə səslənirəm ki, gəlin böyüklərimizi qoruyaq”, - o bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm