Bakıda məşhur xəstəxananın fəaliyyəti dayandırıldı - BU SƏBƏBDƏN
Bizi izləyin

Səhiyyə

Bakıda məşhur xəstəxananın fəaliyyəti dayandırıldı - BU SƏBƏBDƏN

Sosial şəbəkələrdə 3 saylı Şəhər Klinik Xəstəxanasına bir neçə saatdır ki, qəbulun dayandırılması barədə məlumat yayılıb. Həkimlər və personal xidməti binadan buraxılmır. Sayları 100-dən çox olan xəstə və xəstə yaxınları xəstəxananın önünə toplaşıb.

Publika.az-ın Teleqraf.com-a istinadla məlumatına görə, TƏBİB-dən bildirilib ki, xəstəxanada müvəqqəti profilaktik dezinfeksiya tədbirləri aparılır. Buna görə giriş müvəqqəti dayandırılıb:

"Vətəndaşlar xəstəxanaya sosial məsafəni qorumaq şərti ilə hissə-hissə buraxılır. Fərdi qoruyucu vasitələri olmayan insanlar ambulator qəbula buraxılmayacaqlar. Xəxtəxanada iş prosesi dayandırlmayıb. Dezinfeksiya işləri yekunlaşdıqdan sonra, əvvəlki qaydada xəstələrin qəbulu davam etdiriləcəkdir".

Qurum rəsmisi qeyd edib ki, fərdi qoruyucu vasitələrdən mütləq istifadə edilməli, qaydalara əməl olunmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm