Azərbaycanda koronavirusa yoluxmada pik hədd açıqlandı
Bizi izləyin

Səhiyyə

Azərbaycanda koronavirusa yoluxmada pik hədd açıqlandı

Bu günədək 143 rəqəmi ilə koronavirusla yoluxmda pik həddə qeydə alınıb.

Publika.az xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqinə deyib.

O qeyd edib ki, aprelin 13-dən bu günə qədər 1011 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.

"Virusa yoluxma sürəti 21-31 mart tarixlərində yüksək olub. Lakin 5-15 aprel də yoluxmalar minimuma enib, aktiv yoluxma halları azalıb. Lakin may ayında məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar olaraq yoluxmalar artıb".

TƏBİB sədri qeyd edib ki, ikinci dalğa yoluxma təhlükəsi özünü göstərir: "Həftələr üzrə göstəricilər bizi rahatlamamalı və arxayınlaşmamalı olduğumuzu göstərir. Bakı şəhərində 47,3 faiz yoluxma faktı qeydə alınıb. Ümumi yoluxmaların 7, 1 faizini xaricdən vətəndaşlar təşkil edir", o bildirib.

Əlavə edib ki, yaxın müddətdə aparılan testlərdə müsbət nəticələr əldə olunub: "Ölkəmizdə müvafiq dövr ərzində testlərin sayı 30 dəfə artırılıb. Yoluxmalarda 50-59 yaş arasında olanlar üstünlük təşkil edir. Eyni zamanda 0-9 yaş arasında yoluxmalar da qeydə alınıb. Son dövr ərzində qadınlarda 57 faiz, kişilər 43 faiz yoluxma faktı qeydə alınıb. 60-69 yaş arasında ölüm halları daha çox qeydə alınıb"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm