Həkimlər maaşlarını bu tarixdə alacaqlar - RƏSMİ
Bizi izləyin

Səhiyyə

Həkimlər maaşlarını bu tarixdə alacaqlar - RƏSMİ

"Əksər tibb müəssisələrində həkimlərin mart ayının və aprel ayının əmək haqqısı verilir".

Publika.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, tibb işçilərinin bir çoxu maaşları gündəlik hesablanıb:

"Həkimlərin bir çoxu günlük 6 saatlıq işləyir, bir çoxu 12 saat işləyir və haqlı olaraq narazılıq yaranıb. Məlumat daxil olan kimi araşdırıldı. Dünən bir neçə xəstəxanın tibb işçisinə əmək haqqı verildi və bu proses davam edir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm