TƏBİB gücləndirilmiş iş rejiminə keçib
Bizi izləyin

Səhiyyə

TƏBİB gücləndirilmiş iş rejiminə keçib

TƏBİB yumlaşdılma tədbirlərindən sonra gücləndirilmiş iş rejiminə keçid edib.

Publika.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

"11-17 may arasında 755 yoluxma qeydə alınıb. Biz bir həftə ərzində bu qədər yoluxma görməmişdik. Məhdudiyyətlər azalan kimi yoluxmaların sayı artdı. Bu, bizim sosial məsuliyyəti hiss etmədiyimizin göstəricisidir. Ölkə rəhbərliyi tərəfindən bütün lazımi tədbirlər görüldü, dezinfeksiya işləri aparıldı, xaricdən vətəndaşlar gətirildi. Lakin bundan sonarlı proses bizdən asılıdır".

O bildirib ki, parklarda gəzərkən vətəndaşlar mütləq şəkildə maskalardan istifadə etməlidirlər: "Sosial məsafəni saxlayıb, gigiyenik qaydalara çox ciddi riayət etmək lazımdır. Həkimlərimizə kömək edib, dəstək olaq. Xəstə sayı artdıqca, onlara qulluq etmək çətinləşir. Hazırda modul tipli xəstəxanalar var, tibbi ləvazimatlar yetəri qədərdir, lakin vətəndaşlar qaydalara riayət etməlidir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm