Səhiyyə
"Həkim koronavirusa görə pul təklif edibsə..." - İddialara RƏSMİ CAVAB
"Bunu biz də eşitmişik. Amma bu, absurddur. Çünki koronavirus xəstəliyindən ölənə heç bir imtiyaz verilmir".
Publika.az xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev İctimai Televiziyada qonaq olarkən deyib.
Qurum rəsmisi çıxışında dünyasını dəyişən insanların ailələrinə pul təklif edilməsi və onlardan yaxınlarının guya koronavirusdan ölməsinə dair razılıq alınması ilə bağlı iddialara da münasibət bildirib:
"Əgər belə olursa, niyə Azərbaycanda koronavirusdan ölənlərin sayı daha da azdır? Və yaxud da hansı ölkənin marağındadır ki, koronavirusdan ölənlərin sayını artırsın? Azərbaycan bunda niyə maraqlı olsun ki? Biz tam şəffaf işləyirik və yoluxanların, vəfat edənlərin sayı hər gün ictimaiyyətə açıqlanır. Bunların hamısı bizim gözümüzün qarşısına olur. Elə bir həkim yoxdur ki, bu hüquq ona verilsin, o da koronavirus xəstəsi olmayan şəxsə bu diaqnozu qoysun. Əgər bir vətəndaş bunun şahidi olubsa, niyə hüquq-mühafizə orqanlarına xəbər verməyib? Bu şayiəni yaymaqdansa, yaxşı olardı, hüquq-mühafizə orqanlarına xəbər versinlər ki, belə bir həkim və bizə bu cür təklif edir. Əgər belə bir şey olsaydı, o həkim də bilinərdi və cəzalanardı". / Qafqazinfo.az
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR