ATV-nin koronavirusa yoluxan əməkdaşı efirə qoşuldu - VİDEO
Bizi izləyin

Səhiyyə

ATV-nin koronavirusa yoluxan əməkdaşı efirə qoşuldu - VİDEO

Xəbər verildiyi kimi, “Azad Azərbaycan” kanalının (ATV) 2 əməkdaşı: müxbir Mahmud Rövşənoğlu və Heydər Məmmədovun koronavirusla bağlı verdiyi ilkin testin nəticəsi müsbət çıxıb.

Publika.az xəbər verir ki, virusa yoluxmuş jurnalist M.Rövşənoğlu hazırda qaldığı karantin xəstəxanasından kanalın canlı efirinə bağlanaraq səhhəti haqda məlumat verib.

O bildirib ki, özünü yaxşı hiss edir: “Soyuqlamışdım, adi qızdırma idi. Həkimə müraciət etdikdən sonra test götürdülər və ilkin olaraq nəticəsi müsbət oldu. Hazırda karantinə alınmışam. Özümü yaxşı hiss edirəm. Burada davamlı olaraq istiliyimiz ölçülür. Müəyyən vasitələrdən istifadə etdim və qızdırmam da düşdü. Özümdə ağırlaşma və ya başqa simptomlar hiss etmirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm