“Virusa yoluxma halları arta bilər” – Baş infeksionist XƏBƏRDARLIQ ETDİ
Bizi izləyin

Səhiyyə

“Virusa yoluxma halları arta bilər” – Baş infeksionist XƏBƏRDARLIQ ETDİ

“Bayram günlərində insanların əksəriyyəti rayonlara axın etmək istəyir. Amma hər halda ölkəmizdə mövcud situasiya müzakirə olunacaq. Əgər elə bir təhlükəli vəziyyət olmazsa ona da icazə verilə bilər. Ancaq insanlar başa düşməlidir ki, pandemiyanın davam etdiyi bir zamanda belə hallar təhlükəlidir”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. O qeyd edib ki, ölkəmizdə pandemiya hələ də davam edir və bunun üçün insanlar kütləvi toplantılardan çəkinməli və özlərini qorumalıdırlar:

“Virusa yoluxma və aşkar olunma halları davam edir. Hər birimiz Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən tələb və tövsiyələrə əməl etməliyik. Həmişə, hər kəs verilən tövsiyələrə əməl etməyib. Ancaq bundan sonra verilən tələblərə əməl etməyə məcburuq. Belə olduğu halda tədricən koronavirus infeksiyası da sönər və bizi bu şəkildə bir daha narahat etməz. Əgər bunun mənfi təsiri olacaqsa əlbəttə ki, bu insanların öz məsuliyyətsizlikləri ucbatından olacaq. SMS vasitəsilə alınan icazənin ləğv edilməsi, bulvar və parklara girişə qoyulan məhdudiyyətlərin aradan qaldırılması, digər yumşaldılmalar insanların pandemiya dövründə məsuliyyətsiz olmalarına əsas vermir. Bu həmçinin, infeksiyanın yayılma müddətinin bitməsi anlamına gəlmir. Bütün vətəndaşları verilən tələb və tövsiyələrə əməl etməyə çağırıram. Əməl edilməsə, virusa yoluxma halları arta bilər”.

Baş infeksionist insanları şəxsi gigiyenaya və sosial məsafə qaydalarına əməl etməyə çağırıb. O, eyni zamanda maska və əlcəkdən gündəlik istifadənin vacib olduğunu xatırladıb.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm