Ötən həftə Azərbaycanda koronavirusun pik həddi qeydə alınıb
Bizi izləyin

Səhiyyə

Ötən həftə Azərbaycanda koronavirusun pik həddi qeydə alınıb

Son həftə ərzində pik hədd olaraq 158 nəfərin koronavirusa yoluxması qeydə alınıb.

Publika.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

"Test tədqiqatlarımız davam edir. Ötən həftə 755 nəfərin koronavirusa yoluxma faktı qeydə alınmışdı, bu həftə ərzində isə 581 nəfərin yoluxması qeydə alınıb.

Bu günə qədər 3855 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. Bu göstəricilər sərt karantin qaydaları yumşaldıqdan sonra stabilləşməyə meylli olduğu müşahidə olunur. Lakin bu rahatlaşmağa əsas vermir. Buna görə də tədqiqatlar davam edəcək və mütəmadi olaraq məlumatlar veriləcək".

O bildirib ki, qarşıdakı günlərdə sağalanların sayının daha yüksək olacağı gözlənilir: "Bu həftə ərzində 581 nəfər yoluxub, 384 nəfər sağalıb. Ötən həftə isə 755 nəfər yoluxmuşdusa, 365 nəfər sağalıb. Doğrudur, həftə başa çatmasa da, sağalanların sayında artım müşahidə olunur. Ötən həftə və bu həftə ərzində 7 nəfərin ölüm halı qeydə alınıb".

Ramin Bayramlı əlavə edib ki, Bakı şəhəri üzrə 47,4 faiz koronavirusa yoluxma faktı qeydə alınıb: "Bakı, Gəncə, Lənkəran, Yevlax, Salyan, Cəlilabad, Göyçay, Abşeronda, yoluxma halları üstünlük təşkil edir. Bu göstəricilər göstərir ki, vətəndaşlarımız qətiyyən arxayınlığa yol verməməlidirlər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm