TƏBİB-dən növbəti maska xəbərdarlığı
Bizi izləyin

Səhiyyə

TƏBİB-dən növbəti maska xəbərdarlığı

31 may tarixindən sonra sərhədlərin açılması gündəmdə deyil. Bunun üçün 15 iyun tarixi düşünülür və bu müddət uzana bilər.

Publika.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

"Sərhədlərin açılması mövzusu ilə bağlı, karantin mərkəzlərinin vəziyyəti, vətəndaşlarımızın sayı müzakirə olunur".

O əlavə edib ki, parklarda gəzinti zamanı sosial məsafə qaydalarına ciddi riayət olunmalıdır: "Qapalı məkanda maskalardan istifadə mütləqdir. Xüsusilə liftlərdə, binalarda virusun səthlər üzərində qalması nəzərə alınmalıdır. Eyni zamanda banklar qarşısında növbə zamanı taxılması mütləqdir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm