Sutka ərzində 101 mindən çox yoluxma qeydə alınıb - ÜST
Bizi izləyin

Səhiyyə

Sutka ərzində 101 mindən çox yoluxma qeydə alınıb - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 101 mindən çox artıb.

Publika.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Mayın 24-ü saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 101 502 nəfər yeni koronavirusa yoluxub, 4 286 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 5 204 508, ölənlərin isə 337 687 nəfərə çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm