• USD 1,7000 0,00% EUR 1,9248 +0,44%
    • GBP 2,1509 +0,53% RUB 0,0240 0,00%

Bakıda yoluxma niyə sürətlə artır? – Həkim açıqladı

Bakıda yoluxma niyə sürətlə artır? – Həkim açıqladı

Koronavirusa yoluxanların sayı artıq üçrəqəmlidir. Virusa laqeyd yanaşdığımız üçün özümüz özümüzü yoluxdururuq.

Axar.az xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev son günlər koronavirusa yoluxmanın artmasından danışarkən deyib.

Həkim bildirib ki, yoluxmanın artmasına səbəb insanların xəstəliyə artıq laqeyd yanaşması, virusun olmasına inanmamasıdır:

“Xəstəliyə inanmamaq insanın təkcə özü üçün deyil, ətrafı üçün də çox təhlükəlidir. Yoluxmanın artmasına səbəb belə insanlardır. Karantinin sərtliyindən hamı gileylənirdi. İstilər düşdüyü üçün anlaşılandır. Ancaq nəticə göz önündədir. Yoluxma dinamikası artır, vəziyyət belə davam etdikcə yoluxma daha da artacaq. Qonşu Gürcüstanda karantin tədbirləri bizdəkindən də sərt idi. Orada bu gün də ictimai nəqliyyat işləmir. Nəticədə də gündə 1-3 yoluxma var”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR