SON DƏQİQƏ: Azərbaycanda koronavirusa yoluxanların sayı KƏSKİN ARTDI
Bizi izləyin

Səhiyyə

SON DƏQİQƏ: Azərbaycanda koronavirusa yoluxanların sayı KƏSKİN ARTDI

Azərbaycan Respublikasında 230 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alının, 103 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Publika.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948 və 1950-ci il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 4989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3125 nəfər müalicə olunaraq sağalıb, 58 nəfər vəfat edib, 1806 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 67 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 289.603 test aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm