Yas yerlərində kütləvi yoluxma halları var - QƏRARGAH
Bizi izləyin

Səhiyyə

Yas yerlərində kütləvi yoluxma halları var - QƏRARGAH

"Səhiyyə müəssisələrində koronavirusa yoluxma halları yüksəkdir".

Publika.az xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, xəstəxanalara, poliklinikalara maskasız daxil olmaq, məsafəni gözləməmək qadağandır.

Qurum rəsmisi əlavə edib ki, insanlar qaydalara əməl etməyərək, yas mərasimlərini ev şəraitində təşkil edirlər:

"Aparılan analizlər göstərir ki, yoluxma hallarının böyük qismi yas mərasimlərində baş verir. Bu, bizi çox ciddi narahat edir. Vətəndaşları qaydalara əməl etməyə çağırırıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm