SON DƏQİQƏ: TƏBİB son statistikanı açıqladı
Bizi izləyin

Səhiyyə

SON DƏQİQƏ: TƏBİB son statistikanı açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 2-nə olan statistik göstəriciləri açıqlayıb.

Publika.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6968 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 309 901 test aparılıb. İndiyədək 71 nəfər Covid-19-dan dünyasını dəyişib, 3564 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2300 nəfərdir. 95 nəfər reanimasiyada, 14 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 273 yoluxma faktı qeydə alınıb, 3 nəfər dünyasını dəyişib, 56 pasiyent sağalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm