Maraq dünyası
İnqilabi KƏŞF: Alimlər böyrək yetişdirdilər
ABŞ-ın Mançester Universitetinin alimləri dünyada ilk dəfə canlı orqanizmdə insan böyrəklərini xatırladan strukturlar yetişdirməyə müvəffəq olublar.
Publika.az xarici mətbuata istinadla xəbər verir ki, böyrəyin mühüm elementi olan böyrək yumaqcıqları insanın embrional gövdə hüceyrələrindən yaradılıb. Bu hüceyrələr laboratoriya şəraitində, böyrəklərin inkişafına kömək edən molekullarla zəngin bəsləyici mühitdə yetişdirilib. Yumaqcıqlar birləşdirici toxuma rolu oynayan geləbənzər substansiya ilə birləşdirilib. Əldə olunan element üzərində təcrübə aparılan siçanların dərisi altına yeridilib.
Üç aydan sonra məlum olub ki, gəmiricilərin dərisi altında nefron-struktur-funksional böyrək vahidləri formalaşıb. Yeni strukturlar əsasən insan böyrəkləri üçün mühüm olan elementlərdən, o cümlədən proksimal kanalcıqlardan, distal kanalcıqlardan, "Boumen" kapsulundan və "Henle" ilgəyindən ibarət olub.
Bundan əlavə, siçanlarda yeni strukturları qidalandıran kapillyarlar formalaşıb. Strukturlar adi böyrəklər kimi qanı süzərək sidik ifraz edib. Doğrudur, kiçik böyrəklərin böyük arteriyası olmayıb. Belə ki, bunsuz onlar uzun müddət fəaliyyət göstərə bilməz. Buna baxmayaraq, görülmüş iş yeni orqanların yetişdirilməsi istiqamətində atılan böyük addım sayıla bilər.
-
Magazin122:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin122:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə