Azərbaycanda 42-66 yaş arası 5 nəfər koronavirusdan öldü - SON SUTKADA
Bizi izləyin

Səhiyyə

Azərbaycanda 42-66 yaş arası 5 nəfər koronavirusdan öldü - SON SUTKADA

Azərbaycan Respublikasında 325 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 101 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Publika.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O, əlavə edib ki, son sutka ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1954, 1955, 1956, 1973 və 1978-ci il təvəllüdlü 5 nəfər vəfat etmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm