Ramin Bayramlı: "Buna səhiyyə sistemi tab gətirməz"
Bizi izləyin

Səhiyyə

Ramin Bayramlı: "Buna səhiyyə sistemi tab gətirməz"

Xarici ölkələrdə xəstələrin vəziyyəti ağırlaşdıqda, nəticələri təqib olunur. Lakin bizdə test nəticəsi pozitiv olduğu halda, dərhal müvafiq müalicəyə başlanılır.

Publika.az xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib: "Məhz bunun nəticəsidir ki, bizim itirdiyimiz vətəndaşlarımızın sayı azdır. Biz insanların xidmətində dayanmaq üçün varıq. Lakin heç bir dünya ölkəsində səhiyyə sistemi buna davam gətirə bilməz".

O qeyd edib ki, aylardır həkimlərə xüsusi təlimlər keçirilir: "Biz bu sayı məhdudlaşdırmaq üçün yenidən "Biz birlikdə güclüyük" çağırışı altında vətəndaşlarımızı həmrəyliyə dəvət edirik. Biz bir araya gəlib, ölkəmizin milli təhlükəsizliyi baxımından məsələyə ciddiyyət verdikdə buna qalib gələ bilərik. Küçəyə çıxma ilə bağlı əvvəl qəbul olunmuş qaydadır qüvvəsindədir. Əgər insanlarımız qaydalara əməl etsələr, biz yenidən yumşalmalara gedə bilərik. Real göstəricilərə görə, bu gün karantin qaydalarını sərtləşdirməyə məcburuq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm